AZ

ABŞ səfiri vətəndaş cəmiyyəti fəallarının ailə üzvləri ilə görüşüb

Mayın 7-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həbsdə olan jurnalistlərin və  vətəndaş cəmiyyəti fəallarının ailə üzvləri ilə görüşüb. Bu barədə ABŞ səfirliyindən bildirilib.
 
Məlumata görə, görüşdə Müsavar Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi, jurnalist Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova və III Respublika Platformasının İdarə Heyətinin üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı iştirak ediblər.
 
Birləşmiş Ştatların məlumatında bildirilir ki, müstəqil vətəndaş cəmiyyəti fəal və məsuliyyətli cəmiyyətin ayrılmaz hissəsidir və haqsız yerə həbs edilənlər cəmiyyətdəki mühüm işlərini davam etdirə bilmələri üçün azad edilməlidir.
 
Aytac 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
249
23
anews.az

10Mənbələr