AZ

Luis Enrike: “İnanmaq demək olar ki, mümkün deyil”

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasının yarımfinal mərhələsində məğlubiyyəti haqda danışıb.

Arena.az məlumat verir ki, PSJ doğma meydanda cavab oyununda da Dortmund “Borussiya”sına 0:1 hesabı ilə məğlub olaraq (ilk oyun: 0:1) mötəbər yarışda iştirakına xitam verib.

“Futbol o qədər ədalətsizdir ki, uduzmaq üzücüdür, xüsusən də bu surətdə. İki oyunda çərçivəyə 6 zərbə vurduq, bu gün qapıya 31 zərbə etdirdik, qol isə vura bilmədik. İnanmaq demək olar ki, mümkün deyil, amma bu, futboldur. Bizim gözlənilən qollarımız (xG) 3, rəqibinki 0,7-dir.

Mən rəqiblərimizi təbrik edirəm, Çempionlar Liqasını əla keçirirlər. Burada yüksək rəqabət var, biz bu məğlubiyyəti qəbul edirik. Biz mümkün qədər tez sağalmağa çalışacağıq”, – “Movistar” dərgisi ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı “Real” – “Bayern” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar yarımfinalın cavab oyununu bu gün, mayın 8-də keçirəcəklər.

Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
5
arena.az

6Mənbələr