AZ

Atamanın komandası “Dördlər finalı”nda

Basketbol üzrə Avroliqa turnirində “Dördlər finalı”nın daha bir iştirakçısı məlum olub. Yunanıstanın “Panatinaikos” komandası 12 illik fasilədən sonra yenidən yarışların əsas hissəsinə vəsiqə qazanıb.

Ergin Atamanın komandası üçün oyun yenə də çətinliklə başlayıb. İlk period “Makkabi” komandasının üstünlüyü ilə keçib. Böyük fasiləyə qədər meydan sahibləri oyunda müəyyən qədər dönüş yarada biliblər. Həlledici hissə 4-cü period olub. Məhz son 10 dəqiqə ərzində yunanlar rəqibə aman verməyiblər – 81:72.

Kendrik Nann görüşün qəhrəmanı olub. Onun aktivində 26 xal var. Maraqlıdır ki, qarşılaşmadan dərhal sonra klub Nanla müqaviləni daha iki illiyinə artırıb. Ehtiyatdan oyuna daxil olan Xuanço Ernanqomesi də qeyd etmək lazımdır. İspan basketbolçu ribaundları ilə komandasına xeyli yardım edib. Qonaq komandada Lorenso Braun 19 xal toplayıb.

Beləliklə seriyada 3:2 qalib gələn “Panatinaikos” Madrid “Real”ının ardından “Dördlər finalı”na yüksələn ikinci komanda olub. Daha iki komanda bu gün müəyyənləşəcək. Həkkedici 5-ci oyunlarda “Monako” “Fənərbağça”nı, “Barselona” isə “Olimpiakos”u qəbul edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
6
futbolinfo.az

7Mənbələr