AZ

Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək 

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək. 

Yenisabah.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" klubunu qəbul edəcək. 

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçın baş hakimi polşalı Şimon Marçinyak olacaq. 

Münhendəki ilk matçda heç-heçə qeydə alınıb - 2:2. Qalib finalda Almaniyanın "Borussiya" (Dortmund) komandasına rəqib olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
50
yenisabah.az

10Mənbələr