AZ

Ermənistanda əsgərin güllələnmiş meyiti tapıldı

Tarix: 8 May 2024 09:20

Ermənistanda müqaviləli hərbi qulluqçu güllələnib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün, mayın 7-də saat 14:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə postunda 1985-ci il təvəllüdlü müqaviləli əsgər Artak Seryozhaeviç Avalyanın güllə yarası ilə meyiti aşkarlanıb", - məlumatda qeyd olunub.
Bildirilib ki, hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
5
sonxeber.net

9Mənbələr