AZ

Quterreş: “Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək”

"İsrail Müdafiə Qüvvələrinin Rəfahda yenidən hərbi fəaliyyət göstərməsi məni narahat edir. Rəfah Qəzzada humanitar əməliyyatların mərkəzidir. Həm Rəfah, həm də Şalom keçidlərinin bağlanması onsuz da ağır olan humanitar vəziyyəti daha da çətinləşdirir".

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında bildirib.

Baş katib tərəfləri danışıqlara çağırıb:

"Beynəlxalq humanitar hüquqa hər iki tərəf hörmət etməlidir, mülki şəxslər müdafiə olunmalıdır. Qan tökülməsi dayandırlmalı, girovlar azad olunmalıdır. Bir daha hər iki tərəfə müraciət edirəm ki, siyasi cəsarət göstərsinlər və razılaşmanın əldə olunması üçün səylərini əsirgəməsinlər".

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
9
bizim.media

10Mənbələr