AZ

FIFA prezidenti COP29-a dəvət olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Fuad İsgəndərovSürix şəhərinə səfər edib.

Trend xəbər verir ki, səfər çərçivəsində Beynəlxalq FutbolFederasiyaları Assosiasiyasının (FIFA) qərargahında təşkilatın Başkatibi Mattias Grafström ilə görüş keçirilib.

Səfir F.İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindənBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasında (COP29) iştirak ilə bağlıBeynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidentiCanni İnfantinoya ünvanlanmış dəvətnaməni qarşı tərəfə təqdim edib.Dəvət məktubu məmnunluqla qəbul olunub.

Görüşdə, həmçinin, FIFA-nın Avropa üzrə regional direktoru ElxanMəmmədov və İctimaiyyətlə əlaqələr üzrə meneceri Annaliza Tsakonaiştirak ediblər.

FIFA
FIFA
FIFA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
16
az.trend.az

10Mənbələr