AZ

Tərtərdə məktəblinin ölümü ilə bağlı daha bir AÇIQLAMA 

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb-liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Tərtərdə məktəblilər arasında DAVA - Ölən var  


Araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığı müəyyən edilib. 

"Məktəb rəhbərliyi və müəllimlərin izahatına əsasən qeyd edirik ki, 6 may 2024-cü il tarixində şagird 2-ci dərsdə iştirak edib, dərslərarası fasilə bitdikdən sonra sanitar-qovşaqdan istifadə edib və sinif otağına qayıtmadan məktəb ərazisini tərk edib.

Ərazini tərk etdikdən qısa müddət sonra şagirdin vəfat etməsi ilə bağlı məlumat yayılıb. Hazırda ölüm faktının səbəbi müvafiq orqanlar tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə idarəyə rəsmi məlumat daxil olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək. Araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyini xahiş edirik", - deyə qeyd olunub. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
7
bizim.media

10Mənbələr