AZ

Millinin sabiq futbolçusu həbs olundu

“Mançester Siti”nin və Braziliya millisinin sabiq futbolçusu Joao Alves polis tərəfindən saxlanılıb.

Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu aliment ödəmədiyi üçün həbs olunub.

O, hazırda ölkəsinin aşağı liqa komandası olan “Amazonas”ın formasını geyinir. 2024-cü ilin əvvəlində sözügedən kluba transfer olunan futbolçu 6 oyunda meydana çıxıb və 1 qol vurub.

Qeyd edək ki, Joao Alves karyerası ərzində ÇSKA (Moskva), “Everton”, “Qalatasaray” və digər tanınmış kubların formasını geyinib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
8
sportnet.az

9Mənbələr