AZ

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Mayın 7-də respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib.

525/az xəbər verir ki, final turunu izləmək üçün olimpiadanın keçirildiyi məkana mediatur təşkil edilib. Mediatur Təhsil İnstitutunun iştirakı ilə baş tutub.

İmtahan prosesini izləyən mediatur iştirakçılarına bildirilib ki, ümumilikdə 134 şagird olimpiadanın riyaziyyat fənni üzrə final mərhələsində yarışır. Nəticələr portal.edu.az platforması vasitəsilə elan ediləcək.

Qeyd edək ki, respublika fənn olimpiadalarının təşkilində məqsəd istedadlı şagirdləri aşkar etmək, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən məktəbliləri qiymətləndirməkdir.

Sevinc Qarayeva 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
4
525.az

5Mənbələr