AZ

Bir ayda 3.6 min nəfərə əlillik təyin edilib

2024-cü ilin yanvar-aprelində  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15,1 min nəfərə əlillik təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 
Bir ayda 3.6 min nəfərə əlillik təyin edilib.
 
Bildirilib ki, onlardan 7,3 mininə ilkin, 7,8 mininə təkrar əlillik təyin edilib.
 
Bundan sonra həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.
 
Son beş ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkə üzrə fəaliyyət göstərən 15 reabilitasiya müəssisəsi vasitəsi ilə 87,7 min şəxsə reabilitasiya xidməti göstərilib.
 
Agentlik tərəfindən ötən il 50,7 min şəxsə əlillik təyinatı aparılıb.

Son beş ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 
 
Aygün 
 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
50
anews.az

10Mənbələr