AZ

Evliliklərinin ildönümünü qeyri-adi tərzdə qeyd etdilər - FOTOlar

Müğənni Tarkan həyat yoldaşı Pınar Dileklə bağlı diqqət çəkən paylaşım edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi xanımı ilə bərabər evliliklərinin səkkizinci ildönümünü qeyd edib. 

Bu əlamətdar günü yaddaqalan etmək üçün cütlük İstanbulda yaxtada Boğaz turuna çıxıb. 

Bir-birinə sarılan "ər-arvad" selfilər və videolar çəkdiriblər. Tarkan həmin foto və görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, Tarkan Tevetoğlu və Pınar Dilek 2016-cı ilin mayın 2-də ailə qurublar. Cütlüyün 2018-ci il iyulun 14-də qızları Liya dünyaya gəlib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
9
milli.az

10Mənbələr