AZ

Bu məktəbdə şagirdlər yay tətilinə tez buraxılacaq

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq.

Olaylar bildirir ki, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək.

Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar.

Belə ki, İncəsənət Gimnaziyasından ibtidai siniflər növbəti təhsil mövsümünü 189 saylı, yuxarı sinif şagirdləri isə 190 saylı məktəbdə başlayacaq.

İbtidailər 1-ci növbə, yuxarı sinif şagirdləri isə 2-ci növbə oxuyacaqlar.

Gimnaziyada əsaslı təmirin 1 il ərzində yekunlaşacağı planlaşdırılır. (baku.ws)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
21
olaylar.az

10Mənbələr