AZ

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

ABŞ-də mütəxəssislər 1990-cı illərdə yoxa çıxan "S73-7" eksperimental peyki tapıblar.

Olaylar xəbər verir ki, Peyki Harvard-Smitson Astrofizika Mərkəzinin alimləri aşkarlayıblar.

Qeyd olunur ki, infraqırmızı kalibrləmə topu adlandırılan "S73-7" kosmik zondu hələ 1974-cü ildə buraxılıb. O, uzaqdan zondlama sistemini kalibrləmək üçün nəzərdə tutulmuşdu. Lakin Yerdən 800 km hündürlükdə orbitə girdikdən sonra 66 sm enində olan zond öz işlək vəziyyətinə qayıda bilməyib.

Bir müddət Yerdəki sistemlər yararsız hala düşmüş cihazı izləyə bilsə də, 25 ildən sonra o, radarlardan itib. Nəticədə kosmik zond yalnız ötən ayın sonunda tapılıb. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
7
olaylar.az

8Mənbələr