AZ

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla” Hindistan şirkətini ticarət nişanından qeyri-qanuni istifadə etdiyinə görə məhkəməyə verib.

Banco.az xəbər verir ki, İlon Maskın “Tesla Power” kompaniyası özünə məxsus olan elektromobil akkumulyatorunun eynisini istehsal etdiyinə görə Hindistanın eyniadlı şirkətini məhkəməyə verib.

Məlumata görə, İlon Maskın şirkəti Dehli Ali Məhkəməsinə ərizə ilə müraciət edərək “Tesla” Hindistan istehsalçısının “Tesla Power” və “Tesla Power USA” ticarət nişanlarından istifadə etməsini qanunsuz hesab edib.

“Tesla Power” öz müdafiəsi üçün məhkəməyə bildirib ki, öz ticarət nişanı və ya “Tesla" sözünə aldadıcı şəkildə oxşar və ya ondan istifadə edən hər hansı digər marka altında elektrik avtomobilləri istehsal etmək və ya digər şirkətlərin elektrik avtomobillərini satmaq niyyətində deyil.
 
Hakim növbəti məhkəmənin keçiriləcəyi tarixədək “Tesla Power”a elektrik avtomobilləri və “Tesla” ticarət markasından bəhs edən hər hansı reklamı dərc etməyi qadağan edib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
banco.az

2Mənbələr