AZ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

Bakı. Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) iləÖzbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondu (Fond)arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında memorandumimzalanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, memorandumuAgentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Fondun icraçıdirektoru Zoxid Ermatov imzalayıblar.

Bildirilib ki, memorandum iki qurum arasında tərəfdaşlıqmünasibətlərinin, səmərəli və qarşılıqlı əməkdaşlığın qurulmasınıehtiva edir. Memorandum çərçivəsində icbari tibbi sığortasisteminin təkmilləşdirilməsi üzrə birgə tədbirlərin həyatakeçirilməsi nəzərdə tutulub.

Sənəd əsasında tərəflər arasında tibbi yardımın keyfiyyətinənəzarət metodlarının, güzəştli dərman təminatının, maliyyəmexanizmlərinin, informasiya texnologiyalarının və icbari tibbisığorta çərçivəsində digər fəaliyyət növlərinin tətbiqi üzrətəcrübə mübadiləsi aparmaq və qarşılıqlı maraq doğuran məsələlərüzərində çalışmaq, birlikdə müxtəlif fəaliyyətlər yerinə yetirməkbarədə razılaşma əldə edilib.

“Özbəkistanda icbari tibbi sığortanın tətbiqi mərhələli şəkildəbir neçə regionda həyata keçirilir. 2025-ci ildən isə icbari tibbisığortanın Özbəkistanın bütün ərazisində tətbiqi nəzərdə tutulub”,- məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
285
15
az.trend.az

10Mənbələr