AZ

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - YENİLƏNİB

Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırdığını təsdiqləyib.

APA xəbər verir ki bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Almaniyaya qarşı kiberhücumundan sonra Almaniya Rusiyadakı səfiri Aleksander Lambsdorffu məsləhətləşmələr üçün Berlinə qaytarıb.

"Rusiyanın liberal demokratiyamıza və onu dəstəkləyən qurumlara qarşı hərəkətləri çox ciddidir və buna dözə bilmərik" - XİN qeyd edib.


Zümrüd Paşkin

***
14:30


Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, səfirin geri çağırılmasına səbəb Almaniyanın Rusiyanı kiberhücumlarda ittiham etməsi olub.

Qeyd edək ki, mayın 3-də Rusiyanın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili Almaniya XİN-ə çağırılıb. Alman mətbuatı rusiyalı diplomatın XİN-ə çağırılmasının səbəbi kimi Rusiyanın kiberhücumlarını əsas gətirib.

Rusiyalı diplomata Moskvanın 2023-cü ildə Almaniyanın Sosial Demokrat Partiyasının resurslarına kiberhücumlarının sübut olunması ilə əlaqədar etiraz bildirilib.

Fərid Əkbərov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
apa.az

4Mənbələr