AZ

“Fənərbaxça” növbəti dəfə xal itirib

Futbol üzrə Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilib.
 
Moderator.az xəbər verir ki, çempionluğa namizəd “Fənərbağça” komandası səfərdə “Konyaspor”un qonağı olub.
 
Qarşılaşma zamanı komandaların qapıları toxunulmaz qalıb – 0:0.
 
İstanbul nəhəngi 90 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
 
Onun rəqibi “Qalatasaray” komandası 96 xalla birincidir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
4
moderator.az

5Mənbələr