AZ

Rusiya XİN-dən XƏBƏRDARLIQ: “Ukraynaya gələn F-16-ları nüvə silahı daşıyıcıları kimi qəbul edəcəyik”

“Moskva ümid edir ki, Rusiyanın qeyri-strateji nüvə silahlarından istifadə ilə bağlı qarşıdakı təlimləri Qərbdə “qaynar başları” “soyudacaq. Ümid edirik ki, bu, onlara yaratdıqları strateji risklərin mümkün fəlakətli nəticələrini anlamağa yardım edəcək və onlar həm Kiyev rejiminə kömək etməkdən, həm də Rusiya ilə birbaşa silahlı qarşıdurmaya sürüklənməkdən imtina edəcəklər”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirilib.

Həmçinin qeyd olunub ki, Rusiyanın qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlər NATO ölkələrinin son döyüş xarakterli bəyanatları kontekstində nəzərdən keçirilməlidir.
Bəyanatda bildirilib ki, Rusiya Ukraynaya tədarükü nəzərdə tutulan F-16 qırıcı təyyarələrini, modifikasiyasından asılı olmayaraq nüvə silahının daşıyıcıları kimi qəbul edəcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
15
bizim.media

10Mənbələr