AZ

“Traktor” “Fulad”ı səfərdə məğlub etdi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 26-cı tur çərçivəsində lider “Fulad”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu matçın yekununda inamlı qələbəyə seviniblər – 2:0.

Bu mövsüm keçirdiyi 26 oyunda 13 qələbə qazanmış “Traktor” 5 heç-heçə edib, 8 görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 44 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıblar.

Cənubi Azərbaycan təmsilçisi çempionatdakı növbəti matçını mayın 11-də evdə “Gol Gohar”a qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
3
arena.az

7Mənbələr