AZ

HƏMAS İsraillə atəşkəsə razılaşdı

Fələstinin HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinə onların Qəzza zolağında atəşkəsin yaradılmasına dair təklif etdikləri saziş layihəsini bəyəndikləri barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, müvafiq bəyanat hərəkatın rəsmi teleqram kanalında dərc olunub.

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı aparıb və hərəkat təklif etdikləri atəşkəs sazişi layihəsini təsdiqləmişdi”, - bəyanatda deyilir.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
21
teleqraf.com

10Mənbələr