AZ

Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...

Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...

Bir neçə gün əvvəl "The Moscow Times" qəzetinə müsahibəsində Ermənistanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri, Ermənistanın AB-dəki daimi nümayəndəsi Tiqran Balayan bildirib ki, guya Qarabağda ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş rəhbərləri Bako Saakyan, Arkadi Qukasyan sözün əsl mənasında Xocalı hava limanında yerləşmiş Rusiya "sülhməramlı"ları tərəfindən - həmin baza ərazisindən Azərbaycan tərəfinə təhvil veriliblər.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın "Past" gündəlik qəzeti yazır.

"Onlar Rusiya hava limanının bazasında idilər və Rusiyanın himayəsində idilər", -deyə T.Balayan bildirib.

"Milli Təhlükəsizlik" partiyasının sədri Qarnik İsaqulyan isə səfirin açıqlamasını şərh edərək, separatçı liderlərin həbs edilməsi ilə bağlı bəzi təfərrüatları təqdim edib.

O, qeyd edib ki, separatçı liderlərin hamısı "sülhməramlı"ların bazasında olsa da, "onlardan heç biri Rusiya bazasından götürülməyib".

"Onları bazada qalmağa, oranı tərk etməməyə inandırıblar. Şahid var, bir artsax generalı. Deyiblər ki, buradn çIxsanız, geri qayıtmayacaqsınız. Amma onları kimsə inandırıb ki, qorxmasınlar və onlar Stepanakertə gediblər", - deyən İsaqulyan separatçıları Xocalı hava limanından aparan şəxsin adını çəkməyəcəyini bildirib.

İsaqulyanın sözlərinə görə, 40-45 dəqiqədən sonra onlar(naməlum şəxslər-S.L) separatçı rejimin "spiker"i Davit İşxanyanın arxasınca gəliblər.

"Rusiya sülhməramlı qoşunlarının rəhbərliyi və əməkdaşları da Davidə getməməyi, bazada qalmağı təklif ediblər, lakin sonuncu da gedib. Şam yeməyi yeyiblər, bilyard oynayıblar. Getdikləri yerdən də həbs edib aparıblar", – deyə Qarnik İsaqulyan izah edib.

Baş separatçı Araik Arutyunyana gəlincə, İsaqulyan deyib ki, "onun başına daha pis əhvalat gəlib".

"Bu, daha pis əhvalatdır. Şahramanyan(separatçı rejimin sonuncu başçısı-S.L.) bilir, onun susmasına təəccüblənirəm".

"Araik birbaşa ticarət işlərini həll etmək qərarına gəlib. Ruslar onu Stepanakertə getməkdən çəkindirməyə çalışıblar, lakin o gedib şərab zavodunu satmaq istəyib. O, orada 10 milyon dollarlıq brendi olduğunu deyərək bazada qalmaqdan imtina edib. Və zavoda gedəndə elə oradaca həbs olunub", - deyən İsaqulyan əlavə edib ki, Rusiya "sülhməramlı"larının separatçıların həbs olunmasıyla heç bir əlaqəsi yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
sonxeber.az

2Mənbələr