AZ

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Ölkəmizə

Bakı, 6 may, AZƏRTAC

“Atlas Kimya” MMC-nin Türkiyə Respublikasından ölkəmizə idxal etdiyi ümumi çəkisi 800 kiloqram “Povidek Plus” əmtəə nişanlı baytarlıq preparatlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan sınaq nəticəsinə əsasən nümunələrdə baytarlıq preparatlarının normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

Agentlik tərəfindən uyğunsuzluq aşkarlanan baytarlıq preparatlarının məhv edilməsi barədə müvafiq qərar qəbul olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
257
8
azertag.az

10Mənbələr