AZ

Slovakiyanın Baş naziri Azərbaycana gəlir

Slovakiyanın Baş naziri Robert Fiko Azərbaycana gəlir.

Demokrat.az xəbər verir ki, Baş nazir Robert Fiko artıq Bakıya yola düşüb.

Bildirilib ki, Baş nazir ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə etmək üçün mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

“Görüşdə Azərbaycan qazının Slovakiyaya ixracı variantları da müzakirə olunacaq.

Slovakiya Baş naziri və Azərbaycan Prezidenti Slovakiya Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaqlar”, - Slovakiyanın hökumət kabinetinin mətbuat departamentindən bildirilib.

Həmçinin Slovakiya və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.

Səfər zamanı Baş nazir Robert Fikonu bir qrup sahibkar da müşayiət edir. Onlar Slovakiya ilə Azərbaycan biznes dairələri arasında əməkdaşlığa dair danışıqlar aparacaqlar.

Qeyd olunub ki, bu, Fikonun Avropa İttifaqından kənara ilk xarici səfəridir və məqsəd Slovakiya iqtisadiyyatını dəstəkləmək və yüksək iqtisadi potensiala malik ölkələrlə ikitərəfli əlaqələri inkişaf etdirməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
28
demokrat.az

10Mənbələr