AZ

Almaniya Moskvadakı səfirini geri çağırır

Almaniya məsləhətləşmələr üçün Moskvadakı səfirini geri çağırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya mediası Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Almaniyanın Moskvadakı səfiri Aleksander Lambsdorf Almaniya Sosial-Demokrat Partiyasının (SDPG) resurslarına kiberhücumla bağlı Rusiyanın ünvanına səsləndirilən ittihamlardan sonra məsləhətləşmələr üçün geri çağırılır.

Almaniyanın xarici siyasət idarəsindən bildirilib ki, səfir bir həftə sonra Moskvaya qayıdacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
6
milli.az

7Mənbələr