AZ

Paşinyana qarşı hücumlar: Kim harada dayanıb? - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət ki, Azərbaycanla sülh gündəliyi üzrə konstruktiv mövqe sərgilədikcə, ona qarşı olan cəbhənin də aktivliyi artır.

Paşinyan indi faktiki olaraq erməni kilsəsi, “Qarabağ klanı”, erməni diasporu, iqtidar daxilində ona qarşı formalaşan paralel hökumət və alternativ müxalifətlə mübarizə aparmaq məcburiyyətindədir.

Paşinyanın şansı bunda gətirib ki, özünə qarşı çıxan qüvvələr vahid cəbhədə birləşə bilmirlər və beləliklə onların resursları bölünür.

Ancaq məsələnin daha böyük radiusu mövcuddur, təbii ki, Paşinyana qarşı cəbhələri idarə edən və yönləndirən qüvvələr mövcuddur.

Bu, Paşinyanın Azərbaycanla sülh müqaviləsi layihəsi üzrə çevik hərəkət etmək potensialının nümayiş etdirilməsindən sonra vüsət alıb.

Çünki Paşinyanın Azərbaycanın gündəliyi üzrə sülh proqramına köklənməsi regionda Rusiya-Qərb (əsasən ABŞ, Avropa İttifaqı və Fransa) rəqabətinin kontekstini şişirdir.

Paşinyanın Qazaxın işğalda olan 7 kəndindən dördünün Azərbaycana qaytarılmasına razılıq verməsi regiondakı rəqabətə də əhəmiyyətli təsir edir.

Bu baxımdan, Paşinyana qarşı iki qlobal güc mərkəzi mübarizəsini hərəsi öz məntiqi ilə aparır.

Rusiya onsuz da bir neçə ildir ki, Paşinyanın Moskva orbitindən qaçaraq sürətlə Qərbə sığınmasından təngə gəlib.

Kremlin Paşinyana qarşı ən effektiv kartları keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan, onların komandasında olmuş hərbçilərdir.

Ancaq sabiqlərin nə nüfuzu var, nə də erməni cəmiyyəti içərisində dişəvurulası bir hörməti mövcuddur. Kremlin Paşinyan administrasiyasındakı mümkün kadrları da elə böyük zəfər əldə edə bilmir.

Lakin bu da bir faktdır ki, Koçaryanla Sarqsyana Qərbin də rəğbəti az deyil. Ən azından onlar hakimiyyətdə olduğu vaxtlarda Rusiyaya baş əymələrinə baxmayaraq, Qərb yenə də bu iki fiqura qarşı olduğunu nümayiş etdirməyib. Deməli, motivlərdən asılı olmayaraq, Qərb kilsə, diaspor ilə yanaşı, həmin “Qarabağ klanı”nı Paşinyana qarşı demarş qüvvəsi kimi nəzərdən keçirə bilər.

Alternativ müxalifətə gəlincə, indi ən çox Paşinyanın keçmiş silahdaşı Ayk Marutyanın öz tərəfdarları ilə birgə yaratdığı “Yeni qüvvə” partiyasına diqqət cəmlənir. Lakin bunun erməni siyasi atmosferində burulğan yarada bilmək ehtimalı olduqca aşağıdır.

Hələlik Paşinyanı “ağıllandırmaq” üçün elə iqtidar komandası daxilindən hücumun başladılması daha məqsədəuyğun sayılır.

Ermənistan Baş Prokurorluğunun Milli Təhlükəsizlik Xidmətinə Paşinyana qarşı cinayət işi açılmasını yoxlamaqla bağlı sorğu göndərməsi deyiləni təsdiq edir. Sorğu Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasında Paşinyanın praktiki keçidi ilə əlaqəlidir.

İqtidar daxilindən paralel qüvvələr vasitəsilə masada olan başqa bir plan da mövcuddur. Hələlik daha çox xarici işlər naziri Ararat Mirzoyanın bu hərarətdəki yerinə dair şübhələr mövcud ola bilər.

NƏTİCƏ

Baş nazir Paşinyanın Azərbaycanın sülh proqramına uyğun bəyanat və davranışları davam etdirdikcə, kənar qüvvələr bunu Ermənistanın milli maraqlarına zidd addım kimi hüquqi şərhinə yol açmağa çalışacaqlar.

Bu ssenari ilə erməni cəmiyyətində, siyasi mühitində böhranı dərinləşdirmək, çaxnaşma yaradıb onu kontrol etmək məqsədləri güdülür.

Bununla belə, Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirmək çətindir. Hazırda ən güclü qüvvə kilsə və diaspordur ki, bunları da əsasən, ABŞ, Fransa əlində rıçaq kimi istifadəyə cəhd göstərəcək.

Belə davam etsə, Qərb Ermənistandakı təşkilatları vasitəsilə Paşinyanı “ağıllandırmaq” metodu kimi davamlı etirazlar təşkil edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
38
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15405
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11755
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9520
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3501
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2830
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2809
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2632
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2285
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1936
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1846
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1287
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
941
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
883
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
872
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
838
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
823
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
763
Mayın ilk gününün havası açıqlanıb
733
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721