AZ

20 mindən bahalı əmlak alanlardan bəyannamə tələbi niyə ləğv olundu? – Ekspert səbəbləri açıqlayır

“2024-cü ilin yanvar ayında daşınmaz əmlak almaq istəyən şəxslərə bu tələb kimi qoyuldu. Pilot layihə idi, dövlət üçün də bu pulun hardan qazanıldığı maraqlı idi. Lakin insanlar bu cür yanaşmaya öyrənə bilmədikləri üçün onlarda bununla bağlı qorxu, ajiotaj yarandı”. 

Bunu Valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev daşınmaz əmlak alarkən 20000-dən artıq məbləğ üçün pulun mənbəyi haqqında tələb olunan rəsmi bəyannamə haqqında danışarkən deyib. 

Elnur Fərzəliyev bildirib ki, dünyanın bir çox ölkələrində böyük pul dövriyyələrində pulun mənbəyinin göstərilməsi tələb olunur:

“Azərbaycanda da bununla bağlı qanun var, amma qanunun qüvvəyə minməsi ilə bağlı Nazirlər Kabinetinin bir qərarı olmadı.  Bunun da bir çox səbəBi var.  Azərbaycanda bəzi sahələr var ki, vergiyə cəlb olunmayıb.  Kənd təsərrüfatı sahələri, əkin-biçin, maldarlıq, bəzi sənətkarlıq sahələri və s. 

 Vətəndaşların bir hissəsi xarici ölkələrdə yaşayır, orda biznesləri var, gəlir əldə edirlər.  Onlar həmin pulu xaricdən gətirir, burda övladının, qohumunun adına əmlak alır. Bu zaman həmin şəxslər pulu hardan qazandığını rəsmi göstərə bilmir”. 


Ekspert bildirib ki, bizdə alıcılar iki tipdir:

 “Bir tipi daha çox ev alırlar, ikinci tip isə bir dəfə kreditlə alırlar. Lakin bu qərar yalnız nağd pulla alınan mənzillər üçün nəzərdə tutulmuşdu. İpoteka, kredit, şəxslərin öz bank hesabında olan pullarla mənzil alarkən isə belə bir tələb qoyulmurdu. 

Təxminən yanvarın 15-nə kimi notariuslarda bu soruşuldu, daha sonra isə ləğv olundu”. 

Həmsöhbətimiz bu qərarın ləğv olunmasının müsbət tərəflərini vurğulayıb:

“Bu qərar əmlak bazarında olan təkrar alıcılarda ciddi qorxu yaratdı. Onlar rəsmi deklarasiya verə bilməkdən çəkinərək daşınmaz əmlak almadılar. Öz əlavə pullarını yatırım kimi daşınmaz əmlaka qoymaq istəyən şəxslər bu pulları ölkədən çıxardıb, başqa ölkələrin əmlak sektoruna yatıra bilərdilər. Daşınmaz əmlak sahəsi yeganə sahədir ki, ölkədə daxilində xarici ölkələrdən gələn pullar bura yatırılır. Ona görə də bu qərarın hazırda tətbiq edilməməsi daha məqsədə uyğundur.

Çünki Azərbaycan iqtisadiyyatında daşınmaz əmlak sahəsinin çox böyük rolu var. Tikinti işləri gedir, Bakının Baş Planı təsdiqlənib. Ölkədə sökülüb yerinə yeniləri tikilməli olan binalar var. Bunu da tikinti şirkətləri, özəl sektorlar elədiyinə görə, onlar üçün alıcı kütləsi yaratmaq lazımdır ki, insalar daha çox bu sahəyə yatırım etsinlər”. 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
20
Mənbələr
Şərh ()
Bağla