AZ

Azərbaycanda quş əti məhsullarının qiyməti qalxacaq?

“Türkiyədən quş əti idxalının dayanması böyük bir problemə səbəb olmayacaq”. 

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, quş əti istehsalını artırmaqla arada yaranacaq boşluğu kompensasiya etmək mümkündür: 

“Hesab edirəm ki, bu qadağa ölkə daxilində quş əti məhsullarının satış qiymətinə təsir etməyəcək”. 

Qeyd edək ki, Türkiyə Ticarət Nazirliyi quş ətinin bahalaşmasının qarşısını almaq üçün toyuq əti ixracını qadağan etməyi planlaşdırır. 

Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb.

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
19
hit.az

10Mənbələr