AZ

Yazıçı İkinci Mahmudun xatirəsi anılıb

Yazıçı İkinci Mahmudun əziz xatirəsinə ithaf olunan kitab təqdimatı keçirilib. Tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının birgə təşkilatçılığı ilə "Hophopnamə" Kitab Mərkəzində baş tutub.

Tədbirdə İdarə rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Təqdimat mərasimində BP şirkətinin "Azərbaycanın ədəbi gəncliyini dəstəkləyirik" layihəsi əsasında nəşr olunmuş kitablar təqdim olunub.

Qeyd edək ki, həmin layihədə şairlərdən Fərid Hüseynin "Bəyaz ləkə", Şəhriyar del Geraninin "Özümdən məşhur şeirlər", yazıçılardan İkinci Mahmudun "Yersiz ölüm" və Ömər Xəyyamın "Bizim atalarımız, bizim analarımız" adlı kitabları işıq üzü görüb.

Tədbirin moderatoru Ağalar Ağammədov yazarların həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib.

Daha sonra qarşılıqlı söhbət şəklində davam edən görüşdə yazarlar ədəbiyyat, poeziya, mütaliə və onun faydaları, mədəniyyət və sənət haqqında fikirlərini bölüşüblər.

Görüşdə yazarlar oxucuların suallarını cavablandırıblar, həmçinin mərhum yazıçı İkinci Mahmud haqqında xatirələrini bölüşüblər.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
525.az

2Mənbələr