AZ

Xarici agentlər Rusiya seçkilərində iştirak edə bilməyəcək - Düzəliş

Bazar ertəsi Dövlət Duması xarici agentlərin Rusiya seçkilərində iştirakını qadağan edən düzəlişlərə səs verib.

Yenisabah.az xəbər verir ki, dəyişikliklərə əsasən, xarici agent statusuna malik Rusiya Federasiyasının vətəndaşı senatorluğa iddia edə bilməz. Dövlət Dumasının deputatlarına seçkilərdə namizəd kimi irəli sürülmüş vətəndaş, o cümlədən federal namizədlər siyahısına daxil olmaqla, seçki komissiyasına sənədləri təqdim edənə qədər xarici agent statusuna xitam verməyə borcludur. Dəyişikliklər senator və deputatın xarici agent statusu aldıqda onların səlahiyyətlərindən vaxtından əvvəl məhrum edilməsini nəzərdə tutur.

Eyni zamanda, dəyişikliklərə əsasən, “qeydiyyatdan keçmiş namizəd xarici agentlərin reyestrinə daxil edilə bilməz”.

Xarici agentlər, habelə ekstremist və ya terror təşkilatının fəaliyyətində iştirak edənlərin reyestrinə daxil edilmiş şəxslər Rusiya Federasiyasında seçkilərdə müşahidəçi ola bilməyəcəklər. Xarici agentlər və bu reyestrdən olan şəxslər də namizədlərin, seçki birliklərinin vəkil edilmiş şəxsləri, habelə onların səlahiyyətli nümayəndələri ola bilməyəcəklər.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
3
yenisabah.az

4Mənbələr