AZ

“Telegram”da fişinq mənbələrinin sayı artıb

2024-cü ilin birinci rübündə "Telegram" messencerində fişinq mənbələrinin sayı 1,5 dəfə artıb.

Olaylar xəbər verir ki, bunu Kasperski laboratoriyasının mütəxəssisləri bildirib.

Qeyd edilib ki, bu günlərdə "Telegram" hesablarının ələ keçirilməsi məqsədi daşıyan çox sayda yeni sayt müəyyən edilib. İstifadəçi bu linkə daxil olduqda onun bütün yazışmaları ələ keçir. Bəzən də istifadəçi öz hesabına daxil ola bilmir.

Kasperski laboratoriyası belə hücumlardan qorunmaq üçün şübhəli linklərə daxil olmamağı tövsiyə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
12
olaylar.az

10Mənbələr