AZ

"INBA EUROPEAN CUP OPEN” beynəlxalq turnirinin hakim, atlet və idarə heyətinin üzvləri qanvermə aksiyasında iştirak edəcəklər

Azərbaycan Milli Olimpiya Komitəsinin, Milli Olimpiya Komitəsinin “Ədalətli Oyunlar” Komissiyasının, “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin və “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB-nin birgə dəstəyi və “lNBA Qlobal Avrasiya” və “lNBA Qlobal Azərbaycan” birliyinin təşkilatçılığı ilə Opera Studiyasında "INBA EUROPEAN CUP OPEN” beynəlxalq turnir keçiriləcəkdir.

Aztibb.az xəbər verir ki, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, beynəlxalq turnirdə fiziki məhdudiyyətli şəxslərin, eyni zamanda irsi qan xəstəliyindən əziyyət çəkən insanların əl işlərindən ibarət rəsm sərgisi də nəzərdə tutulub.


Turnir sonrası “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin təşkilatçılığı ilə hakimlər, atletlər və idarə heyətinin üzvləri "Sağlam olaq, Donor olaq!" devizi altında qanvermə aksiyasında iştirak edəcəklər.

Beynəlxalq turnirin keçirilməsində başlıca səbəb sağlam həyat tərzini, kütləvi bədən tərbiyəsi və idmanı təbliğ etmək, uşaq fitnesini inkşaf etdirmək, yeniyetmə və gəncləri pis vərişlərdən, istifadəsi qadağan olunmuş dərman preparatlarından uzaq tutmaq, idmanda sağlam rəqabəti təmin etmək, idmanda zorakılığa qarşı mübarizə aparmaq, gender bərabərliyini təbliğ etmək və yarışın proqramına daxil olan idman növləri üzrə milli komandanı formalaşdırmaqdır.

İdman tədbirinin rəsmi açılış mərasimi 11 May 2024-ci il, saat 14:00-da Şəmsi Bədəlbəyli 98 ünvanında yerləşən “Opera studiya”- sında keçiriləcəkdir.

Giriş hər kəs üçün sərbəstdir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
aztibb.az

3Mənbələr