AZ

Qərbin “gürcü oyunu”: məkrli, təhlükəli, qəddar…

Bakı. Trend:

Dünyanın geosiyasi xəritəsindəki etirazlar məkanınayeni qaynar nöqtə əlavə olunub. Bu dəfə - artıq neçəci dəfə -Gürcüstan çalxalanır.

Kütlənin küçələrə çıxmasının formal səbəbi aydındır: "Xaricitəsirin şəffaflığı haqqında" qanun layihəsidir.

Mayın 1-də Gürcüstan parlamentində layihə ikinci oxunuşda qəbulolunub. Sənəd maliyyələşdirilməsinin 30 faizdən artığını əcnəbimaliyyə mənbələri təşkil edən istənilən təşkilatın xüsusi reyestrdəqeydiyyatdan keçirilməsini tələb edir.

Gürcüstan hökumətinin “xarici agent” haqqında qanunu qəbul etməkistəyi süngü ilə qarşılanır. Halbuki, ABŞ-da “xarici agent”haqqında qanun 86 il əvvəl - 1938-ci ildə qəbul olunub, “XariciAgentlərin Qeydiyyatı Aktı” (Foreign Agents Registration Act, FARA)adı ilə bu gün də mövcuddur. Maliyyə qaynaqlarının 20 faizdən çoxhissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum vəşirkətlər ABŞ-də “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın təsirdairəsinə düşür. Lakin ABŞ özündə mövcud olan qanunun digərölkələrdə qəbul edilməsinə qarşı çıxır. Səbəb sadədir: bu qanunABŞ-ın başqa ölkələrdə yaratdığı şəbəkənin fəaliyyətiniməhdudlaşdırır və onun planlarının icrasına maneə yaradır, eləcə dəyeni şəbəkə formalaşdırmaq imkanlarını azaldır. Gürcüstana ediləntəzyiqlər də bundan qaynaqlanır.

Tam əksəriyyəti Qərbdən maliyyələşən 25 min QHT-nin mövcudolduğu Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsigündəmə gələn kimi Qərb öz şəbəkəsini hərəkətə keçirir, həmküçələrdə xaos yaradır, həm də siyasi hakimiyyətdə özünə yaxınşəxsləri-qrupları aktivləşdirir. Bu qanun qəbul edilərsə, QərbinGürcüstandakı bütün şəbəkəsi çökəcək və bu, təkcə Gürcüstanı“nəzarətdə saxlamaq” imkanının itirilməsi yox, həm də Azərbaycanadair planlarının alt-üst olması deməkdir. Çünki Gürcüstan QərbinAzərbaycanla bağlı planlarında əsas platforma kimi seçilib.

Qərb şəbəkəsinin qanunsuz maliyyələşməsinin illərdirGürcüstandan həyata keçirilməsi də bunu təsdiq edir. Qərb dairələribununla həm Azərbaycandakı şəbəkəni təmin edir, həm dəGürcüstandakı şəbəkə ilə koordinasiyalı fəaliyyət göstərməsinihəyata keçirir. Gürcüstanda “xarici agentlər” haqqında qanunaedilən etirazla Azərbaycanda şəbəkənin sıradan çıxmasıistiqamətində atılan addımların tənqid edilməsi bir-birinə bağlıməsələlərdir. Qərb dairələri Cənubi Qafqazda təsir rıçaqlarınıitirməkdən qorxur.

Gürcüstanın hakimiyyət dairələri Qərbin aşkar və bütünmənəviyyat hədlərini aşan təzyiqləri qarşısında geri çəkilməkniyyətində deyillər.

Qanun layihəsini "xarici agentlər haqqında" adlandıran və"Rusiyadakı qanunu təkrarı olan" tipli bəyanatlar verən gürcümüxalifəti bilərəkdən mahiyyəti saxtalaşdırmağa çalışır.

Çünki faktura baxımından əsla belə deyil.

Üstəlik, Avropa İttifaqında Çinin təsir imkanlarına qarşıanaloji qanun hazırlanır.

Gürcüstandakı müxalifətin aksiyalarını əsaslandırmaq üçünməntiqə zərurət yoxdur. Tbilisidəki aksiyaların təşkilatçılarıemosiyalara bel bağlayır, lanun layihəsini "Rusiya təsirli, düşmənruhlu" adlandırır və "Avropaya qarşıdır" söyləyərək GürcüstanıAvroatlantika perpsektivlərindən məhrum edən sənəd qismində qələməverir.

ABŞ və Avropa İttifaqı belə assosiasiyaları tam dəstəkləyir.

Qərb mediası qanun layihəsini ən yaxşı halda "ziddiyyətli"sayır, ən pis halda isə az qala Rusiyanın diqtəsi iləhazırlandığını vurğulayır.

Avropa Şurasının sədri Şarl Mişelin dediyinə görə, "bu qanunGürcüstanı Avropa İttifaqına yaxınlaşdırmaq əvəzinə,uzaqlaşdıracaq".

Avropa Parlamenti isə bəyanat qəbul edərək BrüsseldənGürcüstanla avrointeqrasiya proseslərini dayandırmaqla yanaşı, vizarejiminin liberallaşdırılması prosesinin ləğvini tələb edir.

Halbuki Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində vizarejiminin liberallaşdırılması nəticəsində 700 min gürcü Avropayagedib, aşağı işlərdə işləyir. Oxşar proses Ukraynada da müşahidəolunmuşdu. Hər dəfə hansısa preferensiyalar müqabilindəGürcüstandan dəhşətli güzəştlər tələb olunur, Gürcüstancəmiyyətinin əsasları laxladılır.

Qərbin belə dəstəyindən ruhlanan gürcü müxalifətçiləri kütləvietiraz aksiyalarına başladılar. Minlərlə insan Tbilisidə parlamentbinasını mühasirəyə aldılar, yolları bağladılar, polisləqarşıdurmaya başladılar.

"Etiraz aksiyalarının yatırılmasında gücdən istifadəqəbuledilməzdir" - Avropa Komissiyasının xarici siyasət vətəhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel söyləyib.Gürcüstan prezidenti, əvvəllər Fransa XİN-nin əməkdaşı olmuş SalomeZurabihvili də bu ifadəni təkrarlayır.

Etiraz aksiyalarının davam edəcəyi şübhəsizdir. Çünkiparlamentdə qanun layihəsinin üçüncü oxunuşu və prezident vetosunundəf edilməsi prosesləri qarşıdadır. Qərbə meylli və bir çoxməsələlərdə Qərbdən asılı Gürcüstan hakimiyyəti ilk baxışdan, beləvəziyyətdə geri çəkilməlidir.

Gürcüstanda hakimiyyətdə olan "Gürcü arzusu" partiyası nəinkigeri çəkilir - opponentlərinə çox sərt cavab verir.

Məsələn, baş nazir İrakli Kobaxidze prezident SalomeZurabişvilini dövlətə xəyanətdə suçlayıb: "Ən kədərlisi budur ki,hələ də hüquqi olaraq Gürcüstan prezidenti adlanan şəxs sadəcə,sözün əsl mənsında, bu ölkəyə xəyanət edir. O, Gürcüstanın millimaraqlarına birbaşa xəyanət edir".

Belə sərtliyin bir neçə səbəbi var:

1. Qərbin ölkə siyasətinə aşkar və kobud təsiri ilə mübarizədəilk addım qismində Tbilisinin belə qanuna ciddi ehtiyacı var. Sözyox, Gürcüstanın indiki hakimiyyəti birmənalı olaraq Qərbəmeyllidir, Avropa İttifaqı ilə sıx təmaslarla formalaşıb. LakinMoldova və Ukraynadakı hakimiyyətlərdən fərqli olaraq, Tbilisidəkiiqtidar milli yönümünü qoruyub saxlaya bilib.

2. Tbilisinin Qərbə inamı azalıb. Tbilisidəki hakimiyyət gec dəolsa, anladı ki, ölkənin sistemli inkişafı və gürcü xalqınınmaraqları Qərbin tələblərinə cavab vermir. Qərb Gürcüstanı CənubiQafqazda Rusiyaya qarşı forpost qismində görürdü. Belə ziddiyyətlər2022-ci ildə, Tbilisi ilə Moskva arasında münasibətlərinnormallaşması zamanı başlandı. Rusiyanın Ukraynada hərbiəməliyyatlara başlamasından sonra Qərb Gürcüstandan Moskvaya qarşı"ikinci cəbhə"nin açılmasını tələb edəndə ziddiyyətlər daha dadərinləşdi.

"Gürcü arzusu" Qərbin tələbini qətiyyətə rədd etdi. Az sonraQərbin Tbilisiyə ünvanlanmış sərt tənqidləri başlandı, Gürcüstandaisə Qərbin maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının (QHT)hakimiyyətə qarşı fəaliyyətinə start verildi.

Gürcüstanın hakimiyyət dairələri anlayırlar ki, "Rusiyaya qarşıson ukraynalıya və son gürcüyədək" strategiyasını reallaşdırmağaçalışan Qərb onu faktiki olaraq, hesabdan silib. Bütün körpüləryandırılıb və bu səbəbdən də Bidzina İvanişvilinin rəhbərlik etdiyi"Gürcü arzusu" sonadək mübarizə aparmaq qərarına gəlib.

Tbilisi iki ssenariyə bel bağlayır. İlk ssenaridə Avropaİttifaqında və ABŞ-da builki seçkilərdə daha praqmatik qüvvələrhakimiyyətə gəlir, ya da Rusiya Ukraynadakı müharibədə qələbəyənail olur və postsovet məkanındakı situasiya bütünlüklə dəyişir.Belədə Qərb Gürcüstanı olduğu kimi qəbul etmək məcburiyyətindəqalacaq.

3. "Gürcü arzusu" Gürcüstanı radikalizmin beşiyinə çevirməkistəmir. Əvvəllər Qərbin maliyyələşdirdiyi QHT-lərin qaynaşdığıpostsovet ölkələri arasında xarici təsirin şəffaflığını vəQHT-lərin xaricdən maliyyələşdirilməsinin sərt nəzarət altınaalınmasını təmin etməyə çalışan dövlətlərin sayı artır.

Bu səbəbdən də həmin QHT-lər qanunların nisbətən yumşaqolduqları yerlərə - məsələn, Gürcüstana - üz tuturlar. Gürcüstandaisə belə QHT-lər vəziyyəti ağırlaşdırır, ilk növbədə Tbilisi-Moskvamünasibətlərini pisləşdirməyə çalışırlar. Situasiyaya müdaxiləedilməzsə, ölkə ərazisindəki belə QHT-lərlə hakimiyyət dairələriarasında əlaqələrin olmadığını Tbilisi Moskvaya çətinliklə sübutedə bilər.

Göründüyü kimi, Qərb "Gürcü arzusu"na seçim imkanı qoymayıb.İndi əsas məsələ Qərbin Tbilisiyə ünvanlanmış sərt tənqidlərdənyeni "Maydan ssenari"sinə keçməsi ilə bağlıdır.

Həmin ssenari reallaşarsa, Qərb Gürcüstanı bilmərrə itirəcək.Brüsseldə və Vaşinqtonda hakimiyyətdə praqmatiklər yox,"demokratiya şahinləri"nin olduğunu nəzərə alsaq, vəziyyətinradikallaşması istisna deyil.

… 20 il əvvəl, 2004-cü ildə hakimiyyətə gəlmiş MixeilSaakaşviliyə də Qərb bol vədlər vermişdi. Tbilisi bu vədlərəinanmışdı. Amma 2008-ci ilin avqustunda, Rusiyanın qoşunlarıAbxaziyaya və Cənubi Osetiyaya girəndən 5 gün sonra Tbilisidə böyükmitinq olmuşdu.

Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti ViktorYuşşenko, Estoniya prezidenti Toomas Hendrik İlves, Litvaprezidenti Valdas Adamkus və Latviya lijeri İvar Qodmanis Tbilisyətəhlükəsizlik vədləri vermişdilər.

Nəticə? Cənubi Osetiya və Abxaziya bütünlüklə Rusiyanın əlinəkeçdi, rus tankları Tbilisinin bir neçə kilometrliyindədayandılar.

Mixeil Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onunarxasında dayanmadı, sonucda uduzan və pərişan qalan Gürcüstancəmiyyəti oldu.

Baş verənlər ABŞ başda olmaqla Qərbin gürcü xalqına qarşıtəxribatı idi. İndi bu təxribatın yenidən təkrarlanmasına cəhdolunur. Ancaq 2004 cü ildən fərqli oçaraq, gürcü xalqı təhlükənigörür və avantüraya getmir. Yaxşı olardı ki, Gürcüstan hakimiyyətiQərbin əsl niyyətini illər əvvəl görəydi və yeni avantüranın buqədər ayaq açmasına imkan verməyəydi. Çünki ötən illər ərzində QərbGürcüatanda çox güclü şəbəkə qurub.

2010-cu ildən başlayaraq ABŞ-ın Azərbaycandakı şəbəkəsininfəaliyyəti məhdudlaşdırıldı, NED təşkolatının Bakı ofisinin rəhbərioıan Aleks Qriqorevs kimi təxribatçıların cəmiyyəti, gəncləriqiyama qaldırmaq cəhdləri iflasa uğradıldı, QHT lərin maliyyəfəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdənmaliyyələşmə prosesi nəzarətə götürüldü. Maraqlıdır ki, bu gün“xarici agent qanunu”nun qəbul olunmasına qarşı sərt çıxış edənAmerika özü bu qanunu hamıdan əvvəl qəbul edib, Aİ də də müvafiqhüquqi aktlar fəaliyyətdədir.

Qərb başa düşür ki, Azərbaycanın mövqeyi olmadan və maraqlarınəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil.Azərbaycan istəməzsə, bu regionda ayaq aça bilməyəcək. Bu günBakıya təzyiqlər heç bir nəticə vermir və verməyəcək, sanksiyalarınheç bir nəticəsi olmayacağını anlayaraq bu addımdan da geriçəkiləcəklər.

Bu gün Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqenümayiş etdirməyə başlayıb.

O da təsadüfi deyil ki, Qərb Gürcüstan üzərindən Azərbaycandakışəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır. Buna görə dəciddi cəhdlə “Abzas Media”, “Toplum TV” kimi layihələri müdafiəedir, qanunları pozduqlarına görə həbs olunmuş şəxslərin azadlığaburaxılmasına nail olmağa çalışır.

… Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyaya qarşıtətbiq edilmi ağır və çoxsaylı sanksiyalardan yayınmağa çalışanMoskva məhz Gürcüstanı paralel ixrac-idxal əməliyyatları üçüntranzit ölkələrdən biri seçmişdi.

Nəticədə ötən il yoxsul Gürcüstanın ÜDM-i 10 faiz kimi rekordgöstərici ilə artıb.

Qərbə isə varlı, inkişaf edən Gürcüstan gərək deyil.

Qərb Gürcüstanı bölgəmizdə daha bir gərginlik məkanı, Rusiyayaqarşı qarşıdurma vasitəsi kimi görür.

Heç təsadüfi deyil ki, Tbilisi küçələrində kütləvi etirazaksiyaları keçirənlər ilkin mərhələdə “Rədd olsun mürtəce qanun!”qışqırırdılarsa, sonrakı mərhələdə “Siyasi məhbuslara azadlıq!”bağırırdılar.

Daha sonra isə onlar “Suxumi! Suxumi!” qışqırdılar vəhakimiyyəti müharibəyə başlamağa çağırdılar.

Hər şey aydın deyilmi?

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
az.trend.az

5Mənbələr