AZ

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Bu

Bakı, 6 may, AZƏRTAC

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 188 min 98 vətəndaş qəbul edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların 70 min 830-u pensiya, 45 min 951-i müavinət, 5 min 959-u Prezident təqaüdü, 42 min 873-ü ünvanlı dövlət sosial yardımı, 5 min 677-si fərdi uçot və sosial sığorta, 1506-sı dövlət icbari şəxsi sığorta və 15 min 302-si isə digər istiqamətlərlə bağlı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
azertag.az

3Mənbələr