AZ

“Avroviziya” təmsilçilərimizin ilk təəssüratları - VİDEO

Azərbaycanın "Avroviziya" təmsilçiləri açılış mərasimindən sonra təəssüratlarını bölüşüblər.

Milli.Az xəbər verir ki, bu barədə görüntülər İTV-nin efirində yayımlanıb.

"Avroviziya-2024" təmsilçimiz Fahree bildirib ki, bu il yarışmada gözəl mahnılar çoxdur, bir çox ifaçı ilə duet oxumaq istəyərəm.

Digər təmsilçimiz İlkin Dövlətov isə dəstəyi üçün xalqımıza təşəkkürünü bildirib.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, finalı isə 11 mayda olacaq.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
4
milli.az

5Mənbələr