AZ

Avtomobildə narkotik daşıyanlar yaxalanıb - DİN açıqladı

Image

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində axtarışda olan Gəncə şəhər sakini Röyal Əliyev və Lənkəran şəhər sakini Şəhriyar Əhmədzadə saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan mətbuat üçün verilən məlumata görə, Ş.Əhmədzadənin idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 16 kiloqram marixuana və 480 ədəd metadon həbi aşkarlanıb. Onların narkotik vasitəni İranda yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə əlbir olaraq Bakı şəhərinə çatdırmağı planlaşdırdıqları müəyyən edilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
38
baki-xeber.com

10Mənbələr