AZ

Buraxılış imtahanlarından narazı qalan 11-cilərə XƏBƏR VAR

Dövlət İmtahan Mərkəzi (DİM) 11-ci sinif buraxılış imtahanlarının nəticələrindən narazı qaıan abituriyentlərlə bağlı açıqlama verib.

DİM-dən Bakıvaxtı.az-a bildirilib ki, hazırda 11-ci sinif buraxılış imtahanlarının nəticələri ilə bağlı abituriyentlərin müraciətləri araşdırılma mərhələsindədir.

“3 və 10 martda keçirilmiş imtahanlar üzrə apellyasiyanın nəticələrinin eyni vaxtda – mayın 24-dək elan edilməsi nəzərdə tutulub.

Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

-Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

-Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

-Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
3
bakivaxti.az

5Mənbələr