AZ

Si Tsinpin Fələstin dövlətinin yaradılmasına çağırıb

Çin prezidenti Si Tsinpin Pekinin Yaxın Şərqdəki münaqişə ilə bağlı narahatlığını ifadə edib...Poliqon xəbər verir ki, bu barədə Çin lideri “Le Figaro” qəzeti üçün köşə yazısında yazıb. Sinin fikrincə, münaqişəni yalnız Fələstin dövlətinin yaradılması ilə həll etmək olar.“Fələstin-İsrail münaqişəsi bizi narahat edən məsələdir. Əsas həll yolu müstəqil Fələstin dövlətinin yaradılmasıdır”, deyə Si Tsinpin məqaləsində vurğulayıb.Çin lideri həmçinin qeyd edib ki, davamlı qeyri-sabitlik əsasən BMT qətnamələrinin yerinə yetirilməməsi, həmçinin “iki dövlət prinsipinin aşınması və Yaxın Şərqdə sülh prosesindən yayınma” ilə bağlıdır və bunu da tarix sübut edir.Qeyd edək ki, məqalə Çin Xalq Respublikası sədrinin Fransaya səfəri fonunda dərc olunub. Məqalədə xüsusi olaraq vurğulanır ki, ölkələr Yaxın Şərqdə sülhün bərpasına kömək etmək üçün əməkdaşlığı gücləndirməlidir.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4

4Mənbələr