AZ

Fidandan ŞOK XƏBƏRDARLIQ: "Bu, son Qəzza müharibəsi olmayacaq"

"Türkiyə İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün 7 oktyabr 2023-cü il tarixindən etibarən sıx diplomatiya trafikini davam etdirir".

Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanında fəaliyyət göstərən "Əl Ərəbiyyə" telekanalına müsahibə deyib.

Nazir Türkiyənin atəşkəsi təmin etmək üçün atdığı addımları və vasitəçilik səylərini izah edib.

"Türkiyənin prioriteti atəşkəsi təmin etməkdir. Bu mövzuda Qətərlə yaxın təmasdayıq. Bir tərəfdən humanitar yardımların daxil olmasını təmin etməyə, digər tərəfdən də beynəlxalq sistemi, strateji və qalıcı bir həll olaraq gördüyümüz iki dövlətli həll üçün səfərbər olmağa çalışırıq", - XİN rəhbəri bildirib.

H.Fidan deyib ki, İstanbulda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş zamanı Qəzzada yaşanan dram müzakirə edilib:

"Hanı şərtlərlə atəşkəsə nail olmaq olar? Türkiyənin bu məsələyə baxışı necədir? Bu ox ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa söz-söhbətləri nəzərə almaq lazım deyil".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
23
Mənbələr
Şərh ()
Bağla