AZ

Türkiyədə zəlzələ oldu

Türkiyənin Van şəhərinin Sağlamtaş rayonunda 4,1 maqnitudalı zəlzələ olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Unİversiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.

Qurumun verilənlərinə əsasən, yeraltı təkanlar yerli vaxtla 22:58-də (Bakı vaxtı ilə 23:58-də) qeydə alınıb. Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.

Vanda yaşayan sosial şəbəkə istifadəçiləri zəlzələni hiss etdiklərini bildiriblər.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
9
milli.az

10Mənbələr