AZ

İnquş İstiqlal Komitəsi Rusiyada arzuolunmaz kimi tanınıb...

...Bu arada Rusiya Ədliyyə Nazirliyiİnquş Müstəqilliyi Komitəsini arzuolunmaz təşkilatlar siyahısına daxil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu qeyri-rəsmi təşkilat 2023-cü ilin yanvarında yaradılıb və mənzil-qərargahı Türkiyədə yerləşir.

...Komitə İnquşetiyanın Rusiya Federasiyasından ayrılması və müstəqil İnquş dövlətinin yaradılmasının tərəfdarıdır.

Komitəhəmçinin İnquşetiya ərazisinin təxminən 9 faizinin Çeçenistanın nəzarətinə keçdiyi 2018-ci il Çeçen-İnquş sazişlərini tanımır və torpaqların geri qaytarılmasını tələb edir.

Yanvardaİnquş Müstəqillik KomitəsiRusiya Ədliyyə Nazirliyi tərəfindən qondarma xarici agentlərin reyestrinə daxil edilib.

Xatırladaq ki, onun nümayəndələri 2023-cü ilin martındaarzuolunmaz təşkilatkimi tanınan “Post-Rusiyanın Azad Xalqları Forumu”nda iştirak ediblər.

Yeri gəlmişkən, Rusiyada arzuolunmaz təşkilatlarla əməkdaşlığa görə cinayət məsuliyyəti var.

Ümumilikdə Rusiyada 150-dən çox təşkilatın fəaliyyəti bu şəkildə qadağan edilib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
233
sia.az

1Mənbələr