AZ

Bakıda küçədə dava olub, gənc oğlan bıçaqlanıb

Bakının Xətai rayonunda dava zamanı 23 yaşlı oğlan bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb.

Küçədə qeydə alınan dava zamanı 2001-ci il təvəllüdlü Quliyev Zaur Zülfi oğlu bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
14
milli.az

10Mənbələr