AZ

Türkiyədə 15 avtobus külə döndü

Türkiyənin Kocaeli şəhərinin Kartepe rayonunda avtobusların servis dayanacağında yanğın baş verib.

“İki sahil” xəbər verir ki, təxminən bir saat davam edən yanğında 15 avtobus tamamilə yanaraq kül olub.

Gecə saatlarında naməlum səbəbdən avtobuslardan birində başlayan yanğın sürətlə digər nəqliyyat vasitələrinə sıçrayıb.

Hadisənin səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
11
ikisahil.az

10Mənbələr