AZ

Millimizin üzvü Türkiyədə "Qalatasaray"la çempion oldu

Azərbaycan milli komandasının üzvü Kristina Bakarandze Türkiyədə qadınlar Super Liqasında 2023/2024 mövsümü çempionu olub.

Offsideplus.az xəbər verir ki, lider "Qalatasaray" bu gün mövsümün son oyununda doğma meydanda "ALG Spor"u qəbul edib. Qarşılaşma "sarı-qırmızılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 71-ə yüksəldən "Qalatasaray" Türkiyə çempionu olub.

"Qalatasaray"da çıxış edən Kristina Bakarandze də bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və 67-ci dəqiqədə qırmızı vərəqə görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
1
offsideplus.az

2Mənbələr