AZ

Ağstafada qəza - Xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Qəzada "Niva" ilə "Mercedes"markalı minik maşınları toqquşub.

Qəza zamanı 3 nəfər - 1977-ci il təvəllüdlü Zahid Hüseynov, 1965-ci il təvəllüdlü Fazil Əliyev və 2003-cü il təvəllüdlü Hidayət Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
6
teleqraf.com

8Mənbələr