AZ

23 illik nəticənin təkrarı


NBA pley-offunda Entoni Edvards Kobi Brayantın 23 illik nəticəsini təkrarlayıb.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, “Minnesota Timbervulvz”un basketbolçusu pley-offda ardıcıl 2 oyunda 40-dan çox xal toplayıb.

Entoni ikinci mərhələnin ilk matçında “Denver”ə qarşı 43 xal toplayıb. 22 yaşlı basketbolçunun uğurlu çıxışı “Minnesota”ya hazırki çempionu 106:99 hesabı ilə məğlub etmək imkanı verib. O, bundan əvvəl “Finiks”lə seriyanın 4-cü oyununda 40 xal toplayıb.

Qeyd edək ki, Brayant 2001-ci ilin mayında “Sakramento” (48 xal) və “San-Antonio” (45 xal) ilə ardıcıl 2 görüşdə 40-dan çox xal toplayıb.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
1
news24.az

2Mənbələr