AZ

Yeni Klinikada YAP Nizami rayon təşkilatı ilə görüş olub

Yeni Klinikada Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə görüş keçirilib.

 

Bu xəbər Aztibb.az-a Yeni Klinikadan verilib.

 

Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Yeni Klinikanın inzibati işlər üzrə direktor müavini, ərazi partiya təşkilatının sədri İlqar Mustafayev çıxış edərək partiyanın təsis olunmasından bu günə qədər keçdiyi şərəfli inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq, dövlət qarşısındakı xidmətlərindən, Azərbaycanın Zəfər tarixindən danışıblar.

 

Eyni zamanda, YAP-ın ictimai-siyasi proseslərdə rolundan bəhs edilib, qarşıdan gələn mühüm hadisələrlə əlaqədar fikir mübadiləsi aparılaraq partiya üzvlərini maraqlandıran suallar cavablandırılıb.

 

Sonda yubiley yaşında olan, o cümlədən 20 ildən artıq partiya stajına malik üzvlər mükafatlandırılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
4
aztibb.az

6Mənbələr