AZ

Rusiya bu raketlərlə hücum edərsə, sağ qalacağıq? - "Myśl Polska" qəzeti

Polşa hakimiyyəti ölkədə nüvə silahı yerləşdirərsə, öz əhalisini riskə atmış olar, çünki bu cür addımlar Rusiyanın cavabı ilə nəticələnə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Myśl Polska" qəzetinin analizində qeyd edilib.

"Mövcud vəziyyəti nəzərə alaraq çox açıq sual vermək lazımdır: Polşa və onun sakinləri ölkə ərazisində yerləşdirilmiş Amerika nüvə silahlarına Rusiyanın nüvə başlıqlı raketlərinin kütləvi hücumundan sonra necə olacaq? Polşa necə görünəcək? Biz xalq olaraq sağ qala bilərikmi?" - məqalədə bildirilib.

Qeyd edək ki, Polşa Prezidenti Duda "Fakt" qəzetinə müsahibəsində bildirib ki, lazım gələrsə, Polşa NATO-nun nüvə başlıqlarını ölkə ərazisində yerləşdirməyə hazırdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
7
milli.az

8Mənbələr