AZ

Bu gün DİM növbəti imtahanlar keçirir

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də ümumi (9 illik) ortatəhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirir.

DİM-dən Trend-əbildirilib ki, mayın 5-də:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsilimüəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqlidil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavəxarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindənfərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçünəlavə tədris dili imtahanı;

4. Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarındamüxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzəmüraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılışimtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyadaiştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edəbilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IXsinif məzunları üçün buraxılış imtahanı keçirilir.

İmtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılışrejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahanbinasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtdagəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd edilənsənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda 11943 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic,eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahatşəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallarayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görəgözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilərtəyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 52 ümumi imtahanrəhbəri, 141 imtahan rəhbəri, 1121 nəzarətçi, 160 buraxılış rejimiəməkdaşı və 52 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir,Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay,Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasındatəşkil olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
49
az.trend.az

10Mənbələr