AZ

Tbilisidə etirazçıların sayı KƏSKİN ARTDI

Tbilisinin mərkəzində “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edənlərin sayı kəskin artıb.

Publika.az xəbər verir ki, bu bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 23:00-a insanlar parlamentin qarşısındakı meydana fəal şəkildə gəlməyə başlayıblar. Hazırda izdiham Rustaveli prospektinin parlament binasının qarşısındakı bir hissəsini, eləcə də onunla Kaşveti məbədi arasındakı kəsişməni tamamilə zəbt edib.

Mayın 2-də Tbilisidə mitinq zamanı etirazçılar şəhərin mərkəzindəki Qəhrəmanlar meydanını bağlayıblar. Daha sonra bir neçə etirazçının saxlanıldığı xəbəri yayılıb. Ertəsi gün qanuna etiraz edənlər yenidən Gürcüstan paytaxtının mərkəzinə toplaşıblar.

Bundan əvvəl respublikanın baş naziri İrakli Kobaxidze demişdi ki, beynəlxalq tənqidlərə baxmayaraq, hakimiyyət “Xarici təsirin şəffaflığı haqqında” qanundan imtina etmək niyyətində deyil. Respublika parlamenti mayın 1-də qanuna ikinci oxunuşda səs verib. Deputatların bu qərarı Gürcüstanda yenidən etirazlara və iğtişaşlara səbəb olub .

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
3
publika.az

8Mənbələr